Bu il də supermarketlərdə Yeni illə bağlı endirim kampaniyaları davam edir. Market şəbəkələri bayram kampaniyaları ilə yanaşı, xüsusi seçilən məhsullara da endirimlər tətbiq edir.
BUTA.TV xəbər verir ki, respublika ərazisində fəaliyyət göstərən bütün supermarketlər endirim kampaniyaları elan edib.
“Bravo” supermarketlər şəbəkəsinin “Super qiymət” adlı Yeni il kampaniyası 21 dekabrdan 3 yanvaradək davam edəcək. Bayrama özəl 50%-dək endirimlər də mövcuddur. Kampaniya çərçivəsində içkilər, ət və süd məhsulları, meyvə-tərəvəz də daxil olmaqla, onlarla çeşiddə məhsul uyğun qiymətə alıcılara təqdim olunur.
“Araz” supermarketlər şəbəkəsinin “Araz Baba” adlı endirim kampaniyası dekabrın 21-dən etibarən müştərilərin istifadəsinə verilib. 3 yanvar tarixinə qədər davam edəcək kampaniyada seçilmiş məhsullara 60%-dək endirim var. Kampaniyaya qida məhsulları - içkilər, süd və ət məhsulları, meyvə-tərəvəz və s. daxil edilib.
İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
“Neptun” supermarketlərində “Sədəf-Sədəf” endirim kampaniyası 31 dekabra kimi davam edəcək. Seçilmiş məhsullara 50%-dək endirim edilir.
“Oba” marketlər şəbəkəsində də “Parıldayan endirimlər” kampaniyası dekabrın 21-də başlayıb və 3 yanvara qədər davam edəcək. Endirimlər gündəlik tələbat məhsullarına, həmçinin bayram ərəfəsində istifadə olunan məhsullara aiddir.
- Qəzada həlak olan hərbçilərin - Fotosu
- Çay kənarında özəl gün... - Fotolar
- Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - Video
- Bugünkü qəzada həyatını itirən hərbçilərin - Fotoları
- “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
- Sabahın hava proqnozu açıqlandı
- Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar
- Şagird sayı az olan məktəblərin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir - Əmrullayev