Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 18 kiloqram narkotik vasitə və güclü təsiredən xassəyə malik həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BUTA.TV-a verilən məlumata görə, əldə edilmiş əməliyyat məlumatı əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş Lənkəran şəhər sakini Xalid Hüseynov Yardımlı rayonu ərazisində saxlanılıb.
Həmin şəxsin Ərsilə kəndi ərazisində dərədə gizlətdiyi torbadan ümumilikdə 17 kiloqram artıq marixuana, 1 kikoqram tiryək və 6260 ədəd narkotik tərkibli metadon həbi aşkarlanaraq götürülüb.
Araşdırma zamanı X.Hüseynovun xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və aşkarlanan narkotik vasitələri satışının təşkil olunmasından ötrü deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.
- Qəzada həlak olan hərbçilərin - Fotosu
- Çay kənarında özəl gün... - Fotolar
- Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - Video
- Bugünkü qəzada həyatını itirən hərbçilərin - Fotoları
- “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
- Sabahın hava proqnozu açıqlandı
- Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar
- Şagird sayı az olan məktəblərin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir - Əmrullayev