Dekabrın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər arasında telefon danışığı olub.
Azərbaycanın Müdafiə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, general-polkovnik Z.Həsənov 2023-cü ilin 22-23 dekabr tarixlərində İraqın şimal bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbərdən kədərləndiyini bildirib.
Bir daha terrorun bütün növ təzahürlərini qətiyyətlə qınadığını, aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanında olduğunu və dəstəklədiyini vurğulayıb.
Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adından həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.
İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
Telefon danışığı zamanı tərəflər arasında, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- ƏƏSMN kollektivi Ulu Öndərin məzarını ziyarət etdi
- Qəzada həlak olan hərbçilərin - Fotosu
- Çay kənarında özəl gün... - Fotolar
- Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - Video
- Bugünkü qəzada həyatını itirən hərbçilərin - Fotoları
- “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
- Sabahın hava proqnozu açıqlandı