Estrada müğənnisi Filipp Kirkorovu bloger və teleaparıcı Anastasiya İvleyevanın qalmaqallı gecəsində iştirak etdiyinə görə “Rusiyanın xalq artisti” titulundan məhrum etmək çağırışı edilib.
Kult.az “Maş” (Mash) kanalına istinadla xəbər verir ki, bu təkliflə Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə üzrə Federal Layihənin (FPBC) rəhbəri Vitali Borodin çıxış edib.
Borodin İvleyevanın tədbirində açıq-saçıq geyimdə göründüyü üçün Kirkorovun “xalq artisti” titulundan məhrum edilməsi xahişi ilə Rusiya Mədəniyyət Nazirliyinə müraciət edib. O, gecə iştirakçılarını LGBT təbliğatında ittiham edib (LGBT ictimai hərəkatı ekstremist təşkilat kimi tanınır və Rusiyada qadağan olunub – red.).
Daha əvvəl İvleyevanın tədbirində tamamilə çılpaq görünən (yalnız bir ayağında corab olub) rusiyalı rep ifaçısı Vacio (əsl adı Nikolay Vasiliev) 15 sutka müddətinə həbs edilmişdi. Sənətçiyə qarşı xırda xuliqanlıq faktı ilə bağlı protokol tərtib edilib. Bundan əlavə, o, LGBT təbliğatına görə 200 min rubl cərimə ödəməli olub.
İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
Qeyd edək ki, İvleyevanın gecəsi dekabrın 21-nə keçən gecə Moskvanın "Mutabor" klubunda baş tutub. Gecədə sənətçilər Filipp Kirkorov, Lolita Milyavskaya, Dima Bilan, teleaparıcı Kseniya Sobçak və digər şou-biznes ulduzları iştirak ediblər. Gecədən internetdə yayılan foto və videolar sosial şəbəkə istifadəçilərini qəzəbləndirib. İctimai fəallar prokurorluqdan tədbirdə LGBT təbliğatının olub-olmadığını yoxlamağı xahiş ediblər.
- “Qarabağ bizim yox, orada buğda əkən bir neçə generalın nəzarətində idi” - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- ƏƏSMN kollektivi Ulu Öndərin məzarını ziyarət etdi
- Qəzada həlak olan hərbçilərin - Fotosu
- Çay kənarında özəl gün... - Fotolar
- Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - Video
- Bugünkü qəzada həyatını itirən hərbçilərin - Fotoları
- “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”