Venesuela Prezidenti Nikolas Maduro dünya xalqlarını fələstinlilərin soyqırımına son qoymaq üçün küçələrə çıxmağa çağırıb.
BUTA.TV xəbər verir ki, Maduro çağırışını “Venezolana de Television” telekanalına müsahibəsində edib.
“Biz BMT-nin, onun baş katibinin və dünyanın əksər hökumətlərinin uşaqların, qadınların, qocaların və günahsız mülki şəxslərin qətlinin pislənməsini dəstəkləyirik. Fələstində baş verənlər nasist Almaniyasında yəhudilərin təqibi başlayanda ABŞ-da çoxlarının susduğunu xatırladır. Bu, gizli bir tarixdir. ABŞ-da hakimiyyətdə olanlar susdu. London susdu və əksər Avropa hökumətləri yəhudi xalqına qarşı təqib, soyqırım və cinayətləri ört-basdır etdilər. İndi baş verənlər də ona bənzəyir”, - Maduro bildirib.
- Bu xəbərlərə də göz at
- Rusiyada araq istehsalı azaldı
- Bakıdan Kiyevə növbəti yardım göndərildi - Foto
- HƏMAS Fələstinin yaradılmasına cəlb olunur
- Bakıda bu bazarda süd məhsullarının satışı dayandırıldı
- Azərbaycanda bu sığorta şirkəti ləğv edilir
- Bakıdan bu şəhərə uçuşlar başlayır