Fransa Prezidenti Emmanuel Makronun Qranadada Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı olmadan qəbul edilən sənədə etiraz olaraq AzTV-nin efirində süjet yayımlanıb.
"HƏFTƏ" analitik-informasiya verilişində mövzu ilə bağlı yayımlanan süjetdə QSC sədri və tanınmış teleaparıcı Rövşən Məmmədov Makronun ünvanına sərt fikrlər səsləndirib:
"Ölkəmiz əleyhinə canfəşanlığının hesabatını ver, Makron. Qranadada Azərbaycan Iiderinin iştirakı olmadan qəbul etdiyin sənədin, səsləndirdiyin cəfəng bəyanatların hesabını ver! Başa düşmədik, Azərbaycan sənin koloniyalarından biridir ki, bu ölkənin Prezidenti olmadan 4 nəfər oturub onun taleyini həll edir? Hələ utanmadan Qranada sənədini Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasının yol xəritəsi kimi regiona sırımağa çalışırsan. Hansı haqla, Makron? Sənin nə ixtiyarın var?!"
- Qatarların qrafikində qismən kənara çıxma halları ola bilər
- Su basmış ərazilərdən onlarla insan təxliyə edildi - Video
- Təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümüdür
- KVN komandasından heç kim Elnurla vidaya getmədi
- ADSEA gücləndirilmiş rejimdə çalışır - Foto
- BŞİH gücləndirilmiş iş rejiminə keçdi
- Prezident bu teatrın kollektivini təbrik etdi
- Bakıda yağışlı havada baş verən qəzanın – Anbaan videosu