Çeçenistanın rəhbəri Ramzan Kadırov hüquq-mühafizə orqanlarının əməkdaşlarına kütləvi iğtişaşlar zamanı necə hərəkət etmələri ilə bağlı məsləhətlər verib.
BUTA.TV xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Təhrikçilər dərhal tutulmalıdır. Amma başqa variant da var. Yaxud havaya üç dəfə xəbərdarlıq atəşi açın və bundan sonra şəxs qanuna əməl etmirsə, dördüncü gülləni alnına vurun. Onlar bir daha çıxmayacaqlar. Bu mənim əmrimdir”, - o bildirib.
Qeyd edək ki, Rusiya lideri Putin ötən gün keçirdiyi toplantıda regional rəhbərlərə bununla bağlı çağırış etmişdi.
- Nazir müavini Balayevin vəfat etdiyi xəstəxanada - Foto
- Sadiq dost, dəyərli insan itirdim - Alim Qasımov
- Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş
- Rasim Balayev heç kimlə görüşmək istəmirdi - Abbasova
- Bakıda metronun önündə "qayıq sürdülər" - Video
- Yol polisindən sürücülərə müraciət...
- Bakının bu rayonu 3 gündür istiliksiz qalıb
- Eldar Əzizov müşavirə keçirdi