Mahaçqala hava limanında baş verənlər son dərəcə narahatedicidir.
BUTA.TV xəbər verir ki, bunu İsrail Prezidenti İshaq Hersoq Almaniyanın “Velt”qəzetinə müsahibəsində deyib.
“Baş verənlər bütün hökumətləri narahat etməlidir. Çünki bu, sırf antisemitizmdir və əlbəttə ki, nəzarət altındadır. Bu, qırğına oxşayırdı. Allaha şükürlər olsun ki, hakimiyyət bunun qarşısını aldı”, - Hersoq bildirib.
Qeyd edək ki, ötən gün Mahaçqala hava limanına yerli sakinlərdən ibarət böyük izdiham hücum edərək, yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb edib. Qarşıdurmalarda polislər xəsarət alıb, həbs olunanlar var. Mahaçqala hava limanı fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Artıq hadisələrlə bağlı 83 nəfər saxlanılıb.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür