Sülh quruculuğu prosesi üçün yeni imkanlar yaranıb.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan ilə görüşü zamanı deyib.
Nazir, Azərbaycan tərəfindən həyata keçirilən anti-terror tədbirləri nəticəsində sülh danışıqları, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının qarşısındakı maneələrin aradan qaldırıldığını, bu istiqamətdə sülh quruculuğu prosesi üçün yeni imkanların yarandığını bildirib.
Ölkəmizin hər zaman olduğu kimi, bölgədə dayanıqlı sülhün bərqərar edilməsi üçün yaranmış bu münbit şəraitdə də sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu vurğulanıb.
- Çəpiş ətinə tələbat niyə artıb? - Video
- Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi
- Xudayar şəhid olduğu yerə son nəfəsində bu sözləri yazıb - Video
- Azərbaycanda bu ərazilərə qar yağır
- Türkiyəyə raket atışları: Cavaba hazırıq... - Gülər
- ABŞ xüsusi təyinatlıları İranda əməliyyat keçirdi
- Zeynal Bayramlıya TƏBİB-də yüksək vəzifə verildi
- Bakıda təmir ediləcək yolların sahəsi bəlli oldu