İsrail yaxın günlərdə Misir ərazisindən Qəzza zolağına axan yardımın həcmini əhəmiyyətli dərəcədə artırmağa hazırlaşır.
BUTA.TV xəbər verir ki, bunu Müdafiə Nazirliyi yanında İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətinin əlaqələndirilməsi idarəsinin nümayəndəsi polkovnik Elad Qoren deyib.
“Biz gələn həftə yardımın həcmini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırırıq”, - Qoren bildirib.
Qoren həmçinin Qəzza zolağının sakinlərini mülki insanlar üçün təhlükəsiz zonanın olduğu anklavın cənubundakı Xan-Yunus şəhəri ərazisinə keçməyə çağırıb.
- Bu xəbərlərə də göz at
- Rusiyanın Su-24 qırıcısı məhv edildi
- Qərbin Ukraynaya diqqəti azalmayacaq - Kuleba
- BMT-dən taxıl sazişi ilə bağlı yeni açıqlama
- Xalq şairi Hüseyn Arifin qızı vəfat etdi
- Messi 2023-cü ilin idmançısı seçildi
- Smartfondan istifadə zamanı edilən 5 səhv