İsrailin Baş naziri Benyamin Netanyahu oktyabrın 29-da səhər saatlarında gecə yarısında yazdığı HƏMAS-ın müharibəyə hazırlaşdığı barədə ona xəbərdarlıq etməyən təhlükəsizlik xidmətinin rəhbərlərini tənqid edən postunu silib.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Bildirilib ki, Netanyahunun paylaşımı həm müxalifətdə, həm də koalisiyada etirazlardan sonra silinib.
Qryd edək ki, Netanyahu gecə X və Teleqram kanalında Şin Betin rəhbəri Ronen Baranı və AMAN hərbi kəşfiyyatının rəhbəri Aaron Halivanı yalan danışmaqda ittiham edən bəyanat yayıb:
“Yanlış iddiaların əksinə olaraq, hökumət başçısı heç bir mərhələdə HƏMAS-ın müharibəyə başlamaq niyyəti ilə bağlı heç bir xəbərdarlıq almayıb. Bütün mənbələr, o cümlədən AMAN və Şin Bet başçıları HƏMAS-ın müharibə istəmədiyini və nizamlanmaya sadiq olduğunu söylədi. Bu peşəkar rəy müharibənin başlanğıcına qədər təhlükəsizlik və kəşfiyyat orqanları tərəfindən dəfələrlə hökumət başçısına və Nazirlər Kabinetinə təqdim edilib”.
İsrailin müxalifət lideri Yair Lapid və milli təhlükəsizlik naziri və ifrat sağçı lider İtamar Ben-Qvir Netanyahunun postunu tənqid ediblər.
Netanhu postunu siləndən sonra Şin Bet və AMAN rəhbərlərindən üzr istəyib: “Səhv etdim. Mətbuat konfransından sonra dediklərim deyilməməli idi və buna görə üzr istəyirəm. Mən bütün təhlükəsizlik xidmətlərinin rəhbərlərini tam dəstəkləyirəm”, - deyə o qeyd edib.
- Bu xəbərlərə də göz at
- Pentaqon Ordumuzun bu taktikasını öyrənir – ABŞ mediası
- Putin və HƏMAS qalib gələ bilməz - Ostin
- Nar bütün xəstəlikləri müalicə edir
- Bu ölkədə də dövlət çevrilişinə cəhd edildi
- ABŞ orbitə 20-dən çox hərbi peyk buraxacaq
- İnanılmaz: Rusiyada daha bir bazar yanır - Video