Xalq artisti Mələkxanım Eyyubova ilə kürəkəni Mərdan Kazımov birlikdə ifa etdikləri “Unuda bilmirəm” mahnısını təqdim ediblər.
Kult.az xəbər verir ki, musiqisi Hacıbaba Həsənova, sözləri Novruz Gəncəliyə məxsus bəstənin klipi artıq yutub platformasına yerləşdirilib. “Unuda bilmirəm”ə rejissor Alvin Mahmudov ekran həyatı verib.
“Bir il idi ki, “Retrock” albomu üzərində çalışırdıq. Bu duet də həmin albomda yer alıb. Çox şadam ki, dəyərli sənətkarımızla işbirliyimiz oldu”, - Mərdan bildirib.
Qeyd edək ki, “Unuda bilmirəm” Mərdan Kazımovun “RETROCK” albomunda yer alıb.
Xatırladaq ki, sözügedən ifa ilk dəfə Xalq artistinin qızı, aparıcı Nəzrin Nəcəfova ilə Mərdan Kazımovun nişanında təqdim olunub.
- Bu xəbərlərə də göz at
- Bakıdan bu şəhərə uçuşlar başlayır
- Bakıda bu yolda hərəkət dayandı
- Mingəçevirdə əməliyyat: silahlı şəxs saxlanıldı
- Bakıya 10 min həb gətirən narkoşəbəkə ələ keçdi
- Neftin bu günə olan qiyməti
- Əliyev və Paşinyanın bu addımını alqışlayırıq - ABŞ