Əgər ABŞ İrana və onunla əlaqəli infrastruktura zərbə endirərsə, cavab bütün təsəvvürlərdən kənar olacaq.
BUTA.TV xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Məhəmməd Həsən Şeyxülislami deyib.
“Fələstinliləri və Qəzza zolağının sakinlərini qorumaq üçün lazımi tədbirləri bütün ölkələr görməlidir. Bu, ABŞ-ın bizi ilk hədələməsi deyil, biz gündəlik təhdidlərə öyrəşmişik. Amma hər halda, əgər bu baş versə, bu cür səhvlərə yol versələr, İranın cavabı bütün təsəvvürlərdən kənar olacaq”, - Şeyxülislami bildirib.
Onun sözlərinə görə, İran 30 ildir fələstinlilərin hüquqlarını müdafiə edib və bundan sonra da müdafiə edəcək:
“Vəziyyət fəlakətlidir, biz bunu dayandırmalıyıq. İndi biz İraq və digərləri ilə birlikdə münaqişənin yayılmasının qarşısını almaq üçün əlimizdən gələni edirik”.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden İranın dəstəklədiyi iddia edilən qrupların Yaxın Şərqdəki ABŞ əsgərlərinə hücumları fonunda Tehrana xəbərdarlıq etmişdi.
- ADSEA ərazilərdə yığılan yağış sularını kənarlaşdırır - Video
- Qusarda gənci sel apardı
- Abşeron icra başçısı su basan ərazilərə yollandı - Foto
- Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi
- Bakıda yol bağlandı: Heydərov əraziyə gəldi - Video
- 9-cu siniflərin buraxılış imtahanı keçirildi
- Samuxda avtomobil 52 yaşlı piyadanı vuraraq öldürdü
- DSX-nin V sinfinə qəbul imtahanı keçirildi