Azərbaycan Vəkillər Kollegiyası hüquqşünas Xalid Bağırovu kollegiya ilə bağlı mətbuatda dərc olunan fikirlərinə görə məhkəməyə verib.
BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, buna səbəb hüquqşünasın Meydan TV-də yayılmış “Hakim oğlunun idman-fitnes biznesi” araşdırmasında Vəkillər Kollegiyasının ünvanına fikirlər səsləndirməsi olub.
Sözügedən araşdırmada qeyd olunub ki, Azərbaycanın idman və fitnes sektorunda böyük paya sahib “Push30” şirkəti Pirallahı rayon Məhkəməsinin sədri Faiq Qasımovun oğluna məxsusdur və Vəkillər Kollegiyası bu şirkətlə müqavilə bağladığı üçün kollegiya üzvləri xüsusi endirimlərdən istifadə edirlər.
X.Bağırov isə kollegiyanın şirkətlə hansı şərtlərlə müqavilə bağlamasını sorğulayıb.
Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü - Video
Bundan sonra Vəkillər Kollegiyası Xalid Bağırovu məhkəməyə verib. Onun üzr istəməsi və 1000 manat cərimə ödəməsi tələb edilib.
- Zakir Həsənov Slovakiyada sərgidə - Foto
- Şuşaya maşınla gedənlərin nəzərinə: 150 AZN cərimə... - Video
- İşdən çıxan şəxs hansı halda - Geri qayıda bilər?
- DYP-dən sürücülərə məcburu dayanma ilə bağlı xəbərdarlıq
- Dərnəgüldən regionlara qatarla getmək mümkün olacaq
- Binə qəsəbəsində qaz olmayacaq
- Daha 3 şəhidimiz dəfn ediləcək
- Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto