Dünən Bakıda gəlinini güllələyərək qətlə yetirən 88 yaşlı Yaşar Dadaşov xəstəxanada dünyasını dəyişib.
“BUTA.TV”nin xəbər verir ki, 57 yaşlı Gülnarə Dadaşovanı qətlə yetirdikdən sonra sirkə turşusu içən Y.Dadaşov bu gün yerləşdirildiyi xəstəxanada vəfat edib. Əldə etdiyimiz digər məlumata görə, Yaşar Dadaşov tanınmış şəxsdir. O, Azərbaycanın məşhur dənizçilərindən biridir və 2003-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.
Belə ki, 1935-ci ildə Bakıda anadan olan Y.Dadaşov 1951-ci ildə Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbinə daxil olub. 1955-ci ildən dənizçilik fəaliyyətinə başlayan Yaşar Dadaşov gəmi kapitanı kimi uzun illər xarici sularda üzüb.
O, bir çox orden və medallara layiq görülübmüş.
Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü - Video
Qeyd edək ki, Y.Dadaşov hadisədən sonra gəlinini ailə münaqişəsi zəmnində qətlə yetirdiyini bildirib.
O, gəlininin ona yaxşı baxmadığını, evdə yaşamasını istəmədiyini deyib. Həmçinin oğlunun ailəsinin onu öldürmək niyyətindən şübhələndiyini düşünüb. Bundan sonra 88 yaşlı kişi gəlinini qətlə yetirmək niyyətinə düşüb və oktyabrın 19-da səhər saatlarında qadını tüfənglə güllələyərək qətlə yetirib.
Bundan sonra Yaşar Dadaşov sirkə turşusu içərək intihara cəhd edib. Faktla bağlı başlanmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.

- “Koroğlu”dakı körpüdə aralanma təhlükəlidir? - Video
- Pensiya alanların nəzərinə!
- WUF13-də xarici ölkədən gələn könüllülər də iştirak edir
- Əlilliyi olan 44,6 min şəxsə reabilitasiya xidmətləri göstərilib
- Nəriman Axundzadə ABŞ klubunda 1 milyon maaş alır
- Sağlamlıq imkanları məhdud 42 şagird imtahan verəcək
- Bakıda avtomobildən düşən təkər digər maşına çırpıldı - Video
- Elnarə Rzayevaya şamil edilən amnistiya aktı ləğv edildi