Ermənistan xarici siyasətini şaxələndirmək üçün inamlı addımlar atmalıdır. Prioritet vektor dəyişikliyi deyil, xarici siyasətin şaxələndirilməsidir. Bu baxımdan, ilk növbədə, Türkiyə ilə hər cür əlaqəyə girməliyik. Hətta ağrılı güzəştlər və ya nə bilim, cəmiyyətimiz üçün ağrılı ideyalar olsa da, Türkiyə bu prosesdə həyati əhəmiyyət kəsb edir.
BUTA.TV xəbər verir ki, bunu erməni analitik Qagik Kamalyan deyib.
“İkincisi, Ermənistanın İranla qarşılıqlı faydalı və səmərəli əlaqələr qura bilməsi çox vacibdir. Bu əlaqələr indi daha çox kosmetik xarakter daşıyır, amma dərinləşməlidir. Sonuncusu, Avropa və digər ölkələrlə kifayət qədər dərin əməkdaşlıqdır, xüsusən də hərbi sənaye baxımından bu, çox zəruridir. Xarici siyasətimizi şaxələndirə bilməsək, Rusiya ilə heç vaxt sağlam münasibətimiz olmayacaq”, - o bildirib.
- Bu ərazilərdə 2 gün su olmayacaq
- Sədrin yeni müşaviri o oldu - Foto
- Bu tarixlərdə tədris distant formada olacaq – Rəsmi
- Ali məktəbə imtahansız qəbul olmaq istəyənlərin nəzərinə
- Laçında 41 milyona yaşayış məhəlləsi salınacaq
- Zakir Həsənov Slovakiyada sərgidə - Foto
- Şuşaya maşınla gedənlərin nəzərinə: 150 AZN cərimə... - Video
- İşdən çıxan şəxs hansı halda - Geri qayıda bilər?