Oktyabrın 19-da 1984-cü il təvəllüdlü Elvira Məmmədovanın çoxsaylı bıçaq xəsarətləri alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər prokurorluğundan BUTA.TV-a verilən məlumata görə, araşdırma zamanı 1987-ci il təvəllüdlü Mehman Rüstəmovun yaşadığı, Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən mənzildə ailə münaqişəsi zəminində arvadı Elvira Məmmədovanı bədəninin müxtəlif nahiyələrinə kəsilmiş-deşilmiş xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Mehman Rüstəmov hadisə zamanı xəsarət aldığından hazırda xəstəxanada müalicəsi davam edir.
- Türkiyədən idxal edilən bioloji qida məhsulları məhv edildi - Foto
- “28 May” və “Cabbarlı” arasında yeni keçid bu tarixdə açılacaq
- Elxan Əzizov bu şirkətə direktor təyin edildi
- Sabahın hava proqnozu açıqlandı
- Keçmiş hakimlər vəkil oldular - Foto
- “Koroğlu”dakı körpüdə aralanma təhlükəlidir? - Video
- Pensiya alanların nəzərinə!
- WUF13-də xarici ölkədən gələn könüllülər də iştirak edir