Türkiyə 2024-cü ildə müdafiəyə 40 milyard dollardan çox vəsait ayıracaq.
BUTA.TV Reuters-ə istinadla xəbər verir ki, bu, hazırkı büdcədən 150% çoxdur. Türkiyə 2023-cü ildə müdafiə və təhlükəsizlik üçün təxminən 16 milyard dollar ayırıb. Təhlükəsizlik qüvvələrinə Suriya və İraqda sərhədyanı əməliyyatlar keçirməsinə icazə verən mandatın daha 2 il müddətinə uzadılmasına qərar verilib.
Vitse-prezident Cevdet Yılmaz da hökumətin müdafiə ixracını indiki 6 milyard dollardan təxminən 2 dəfə artıraraq 11 milyard dollara çatdırmağı hədəflədiyini bildirib. O əlavə edib ki, Türkiyə müdafiə sənayesinin 2023-cü ildə özünü təmin edən 80%-dən 85%-ə yüksəlməsi gözlənilir.
- “28 May” və “Cabbarlı” arasında yeni keçid bu tarixdə açılacaq
- Elxan Əzizov bu şirkətə direktor təyin edildi
- Sabahın hava proqnozu açıqlandı
- Keçmiş hakimlər vəkil oldular - Foto
- “Koroğlu”dakı körpüdə aralanma təhlükəlidir? - Video
- Pensiya alanların nəzərinə!
- WUF13-də xarici ölkədən gələn könüllülər də iştirak edir
- Əlilliyi olan 44,6 min şəxsə reabilitasiya xidmətləri göstərilib