Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ərəb ölkələrinə səfər edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə "Quardian" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Böyük Britaniyanın Qəzza zolağında atəşkəsi dəstəkləməkdən imtina etməsindən narazı olan liderlərlə münasibətləri yaxşılaşdırmaq məqsədilə ərəb ölkələrinə səfər edəcək.
"Kleverlinin Misir, Qətər, Türkiyə və ola bilsin Bəhreynə də səfəri gözlənilir", - deyən mənbələr səyahət planlarının hələ yekunlaşmadığını qeyd ediblər.
Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü - Video
Bildirilib ki, Misirdə onun Rəfa keçid məntəqəsinin açılması, eləcə də Qəzzanın cənubunda yardımın göndərilə biləcəyi təhlükəsiz məkanın yaradılması imkanlarına diqqət yetirəcəyi gözlənilir:
"Qətərdə Kleverli əsas diqqətini Dohada HƏMAS tərəfindən saxlanılan 200-ə yaxın girovu azad etmək üçün danışıqlar aparmaq səylərinə yönəldəcək. Qətər HƏMAS ilə diplomatik əlaqələr saxlayır və girovların ən azı bir qisminin azad edilməsinə nail olmaq üçün müxtəlif müqavilələr bağlamağa çalışır.
Türkiyədə o, çox güman ki, Ankaranın HƏMAS ilə məlum əlaqələrinin girov işində irəliləyişə gətirib çıxara biləcəyini araşdıracaq".
Qeyd edək ki, Kleverli HƏMAS-ın hücumundan sonra İsrail xalqı ilə həmrəyliyini ifadə etmək üçün artıq İsrailə səfər edib.
- Əlilliyi olan 44,6 min şəxsə reabilitasiya xidmətləri göstərilib
- Nəriman Axundzadə ABŞ klubunda 1 milyon maaş alır
- Sağlamlıq imkanları məhdud 42 şagird imtahan verəcək
- Bakıda avtomobildən düşən təkər digər maşına çırpıldı - Video
- Elnarə Rzayevaya şamil edilən amnistiya aktı ləğv edildi
- Bu ərazilərdə 2 gün su olmayacaq
- Sədrin yeni müşaviri o oldu - Foto
- Bakı məktəblərində distant təhsil bu formada aparılacaq - İlk dəfə