Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi 2023-cü il oktyabrın 12-də Niderland Krallığı Parlamentinin Nümayəndələr Palatasının qərəzli və obyektivlikdən uzaq tövsiyə sənədləri qəbul etməsinə qəti etirazını bildirir və ölkəmizi hədəf alan bu hərəkəti şiddətlə qınayır.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bəyanatında deyilib.
Vurğulanıb ki, sözügedən sənədlərdə Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqət və faktlar nəzərə alınmamış, regionda mövcud olmuş münaqişənin kökündə dayanan, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, onun ardınca ölkəmizə münasibətdə törədilmiş hərbi işğal və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması tamamilə diqqətdən kənar buraxılıb.
Eyni zamanda, Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədləri təhrif edilərək, ölkəmizə qarşı əsassız iddialar səsləndirilib. Bu mənada, həmin tədbirlərin Azərbaycana qarşı davam edən hərbi təhdidlərin aradan qaldırılması və qanunsuz hərbi birləşmələrin mövcudluğuna son qoyulmasına yönəldiyi gözardı edilib. Həmçinin Qarabağ regionunun erməni əsilli sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində atılan addımlara lazımi qiymət verilmədən, regiondakı gələcək davamlı sülh üçün əlavə maneələr yaradılıb.
Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü - Video
“Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi olaraq, ölkəmizə qarşı nümayiş etdirilən bu ədalətsiz yanaşmanı qətiyyətlə rədd edir və bunu Niderland Krallığı Parlamentinin Nümayəndələr Palatası daxilində demokratik dəyərlərin iflasa uğramasının bariz nümunəsi kimi qəbul edirik”, - deyə bəyanatda vurğulanıb.
- Əlilliyi olan 44,6 min şəxsə reabilitasiya xidmətləri göstərilib
- Nəriman Axundzadə ABŞ klubunda 1 milyon maaş alır
- Sağlamlıq imkanları məhdud 42 şagird imtahan verəcək
- Bakıda avtomobildən düşən təkər digər maşına çırpıldı - Video
- Elnarə Rzayevaya şamil edilən amnistiya aktı ləğv edildi
- Bu ərazilərdə 2 gün su olmayacaq
- Sədrin yeni müşaviri o oldu - Foto
- Bakı məktəblərində distant təhsil bu formada aparılacaq - İlk dəfə