Qəzzadakı Əl-Əhli xəstəxanasının vurulmasından sonra İstabulda İsrail Baş konsulluğunun yaxınlığında keçirilən etiraz aksiyalarında 43-ü polis olmaqla, 63 nəfər yaralanıb.
BUTA.TV xəbər verir ki, bu barədə İstanbul valiliyindən bildirilib.
“Oktyabrın 17-də İsrailin Qəzzada mülki vətəndaşları bombalamasına etiraz etmək üçün İstanbuldakı İsrail Baş Konsulluğu qarşısında toplaşan bir qrup vətəndaşımız konsulluq binasına daxil olaraq təhlükəsizlik qüvvələrimizə hücum edib. Mümkün xoşagəlməz hadisələrin qarşısını almaq üçün təhlükəsizlik qüvvələrimiz diplomatik nümayəndəliyə soxulmaq istəyən qrupa müdaxilə edərək, onların konsulluq binasına daxil olmasına mane olub. Polis barrikadasını aşaraq təhlükəsizlik qüvvələrinə hücum edən 5 nəfər həbs olunub”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, dünən İsrailin Qəzzadakı Əhli-Ərəb Xəstəxanasını raketlə vurması nəticəsində 800 nəfərdən çox mülki insan həyatını itirib. Onların arasında qadın və uşaqlar üstünlük təşkil edir.
İsrail ordusu xəstəxananı vurmadığını, ora “İslami-Cihad”ın atdığı raketin düşdüyünü bildirib.
- “General Hospital”da araşdırma başladı
- Xankəndi, Ağdərə və Xocalıda 644 obyekt icarəyə verildi
- Onlar da TƏBİB-də yeni vəzifəyə gətirildilər
- Türkiyə və Azərbaycan generalları görüşdü - Foto
- Pediatriya və Endokrinoloji mərkəzlərə yeni direktorlər təyin olundu
- Türkiyədən idxal edilən bioloji qida məhsulları məhv edildi - Foto
- “28 May” və “Cabbarlı” arasında yeni keçid bu tarixdə açılacaq
- Elxan Əzizov bu şirkətə direktor təyin edildi