Rusiya Prezidenti Vladimir Putinin MDB dövlət başçılarının Bişkekdə keçirilən sammiti zamanı Azərbaycan və Ermənistan sərhədi haqda dedikləri erməniləri təşvişə salıb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, Putin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası zamanı ortaq nöqtənin tapılması çağırışı edib. “Bir istiqamətdə 100 metr, başqa istiqamətdə 1 kilometr irəli, yaxud geri olması o qədər də vacib deyil. Vacib olan budur ki, hər iki tərəfin xoş niyyəti olsun”, - Putin bildirib.
Onun bu sözləri İrəvanda təşviş yaradıb və mediada Putinə qarşı tənqidlərə səbəb olub.
“Hraparak” nəşri yazır ki, Putin qanlı müharibədən özünə hələ də gələ bilməyən Ermənistanı aşağılayır.
“Sərhəddə Ermənistan hansısa istiqamətdə 100 metr irəli gedəcəksə, başqa istiqamətdə Azərbaycan 1 kilometr irəliləyəcək. Daha doğrusu Azərbaycana bunu verəcəklər”, - nəşr iddia edib.
- “General Hospital”da araşdırma başladı
- Xankəndi, Ağdərə və Xocalıda 644 obyekt icarəyə verildi
- Onlar da TƏBİB-də yeni vəzifəyə gətirildilər
- Türkiyə və Azərbaycan generalları görüşdü - Foto
- Pediatriya və Endokrinoloji mərkəzlərə yeni direktorlər təyin olundu
- Türkiyədən idxal edilən bioloji qida məhsulları məhv edildi - Foto
- “28 May” və “Cabbarlı” arasında yeni keçid bu tarixdə açılacaq
- Elxan Əzizov bu şirkətə direktor təyin edildi