2023-cü ilin yanvar-sentyabr aylarında bərpa olunan enerji mənbələrindən (BEM), o cümlədən, su elektrik stansiyalarından (SES) elektrik enerjisi istehsalı 1,684 milyard kilovatt/saatı ötüb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün X hesabında yazıb.
Paylaşımda vurğulanıb ki, hesabat dövründə SES-lər tərəfindən 1,417 milyard kilovatt/saat, külək elektrik stansiyaları (KES) tərəfindən 44,6 milyon kilovatt/saat, günəş elektrik stansiyaları (GES) tərəfindən 53,2 milyon kilovatt/saat, bərk məişət tullantılarının yandırılması zavodunda isə 169,2 milyon kilovatt/saat elektrik enerjisi hasil olunub.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda ümumi elektrik enerjisi istehsalında BEM sektorunun payı 7,81 faiz olub.
Bütünlükdə Azərbaycanda elektrik enerjisi istehsalı 21,538 milyard kilovatt/saat olmaqla hesabat dövründə Azərbaycandan elektrik enerjisi ixracı 1,841 milyard kilovatt/saat, idxal isə 179,6 milyon kilovatt/saat təşkil edib.
- “General Hospital”da araşdırma başladı
- Xankəndi, Ağdərə və Xocalıda 644 obyekt icarəyə verildi
- Onlar da TƏBİB-də yeni vəzifəyə gətirildilər
- Türkiyə və Azərbaycan generalları görüşdü - Foto
- Pediatriya və Endokrinoloji mərkəzlərə yeni direktorlər təyin olundu
- Türkiyədən idxal edilən bioloji qida məhsulları məhv edildi - Foto
- “28 May” və “Cabbarlı” arasında yeni keçid bu tarixdə açılacaq
- Elxan Əzizov bu şirkətə direktor təyin edildi