Sosial şəbəkələrdə intim videosu ilə gündəm olan ömürlük həbsdən azad edilən Şəmsi Səmədzadənin qardaşı Niyazi Səmədzadə məsələ ilə bağlı açıqlama verib.
N.Səmədzadə Pravda.az-a müsahibəsində qardaşının görüntülərinə belə aydınlıq gətirib: “Vallah, mən nə deyə bilərəm. Hər bir insanın öz fikri, öz ağzı var. Hər kəs ağzına yiyəlik etsə, daha məsləhətli olar. Həqiqətən də, video montajdır. Hüquq-mühafizə orqanları da artıq bu haqda məlumatlıdırlar. Kim edib, niyə edib, hansı səbəbə edibsə, öz cəzasını alacaq”.
N.Səmədzadə görüntülərin kim tərəfindən yayılması, məsələnin bir müddət əvvəl Şəmsi Səmədzadənin öz xanımı barədə etdiyi videomüraciətlə əlaqələndirilməsi haqda suallara isə belə cavab verib: “Bəli, bizə bəllidir ki, bunu kim edib. Elə bir zamanda yaşayırıq ki, hərə əlinə bir telefon alıb, şəbəkələrdə istədiyi formada, istədiyi şəkildə nəsə paylaşır. Nə deyə bilərik?”
O, Şəmsi Səmədzadənin mətbuata açıqlama verib-verməyəcəyinə də münasibət bildirib: “Buna nə ehtiyac var ki? Ehtiyac yoxdur, belə bir şeyə ehtiyac duyulmur. Ona görə də heç nə demir. Hər deyilən sözün arxasınca qaçmaqdan ötrü, gərək, onda boş-boş vaxtımızı itirək...”
Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
Xatırlatma: 1966-cı ildə anadan olmuş Şəmsi Səmədzadə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2000-ci il 29 dekabr tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi. O, mayın 27-də azadlığa buraxılıb. Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış sahibkar olub.
- Saleh Səmədovun məhkəməsi başladı
- Qurban kəsmək üçün yerlərin - Siyahısı
- “General Hospital”da araşdırma başladı
- Xankəndi, Ağdərə və Xocalıda 644 obyekt icarəyə verildi
- Onlar da TƏBİB-də yeni vəzifəyə gətirildilər
- Türkiyə və Azərbaycan generalları görüşdü - Foto
- Pediatriya və Endokrinoloji mərkəzlərə yeni direktorlər təyin olundu
- Türkiyədən idxal edilən bioloji qida məhsulları məhv edildi - Foto