Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım zamanı erməni terrorçu Vaqif Xaçatryanın qətlə yetirdiyi yaşlı sakinlərin adları açıqlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Vaqif Xaçatryanın ittiham aktında qeyd olunub .
İttihamda göstərilib ki, 23 dekabr 1991-ci il tarixdə səhər saat 06 radələrində Vaqif Xaçatryan qanunsuz silahlı hərbi birləşmələrin üzvləri ilə birlikdə Xankəndi şəhərində dislokasiya olunmuş Rusiya Federasiyası Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayın şəxsi heyəti və ağır texnikasinın dəstəyi ilə Meşəli kəndinə basqın edərək evlərə və küçələrə hücum edib. Onlar kənd sakinləri 1936-cı il təvəllüdlü Quliyev Qədim, 1936-ci il təvəllüdlü Quliyeva Ruba Hacı qizini, 1903-cü il təvəllüdlü Quliyev Mətlab Qanimat oğlunu, 01 iyul 1932-ci il təvəllüdlü Novruzov Novruz Məhərrəm oğlunu, 01 iyul 1932-ci il təvəllüdlü Novruzova Adile Məhəmməd qizini, 1977-ci il təvəllüdlü Novruzova Rahilə Novruz qizini, 1979-cu il təvəllüdlü Novruzova Rübabə Novruz qizinı, 01 iyul 1926-cı il təvəllüdlü Sadiqov Əvəz Alış oğlunu 01 iyul 1932-ci il təvəllüdlü Sadıqova Qonçə Məmmədbağır qizini, 01 iyul 1927-ci il təvəllüdlü Nurməmmədov Hüseyn Rza oğlunu, 01 iyul 1936-ci il təvəllüdlü Nurməmmedova Pakizə Islam qiızını, 1969-cu il təvəllüdlü İbadullayev Nadir Nabi oğlunu, 1974-cü il təvəllüdlü Allahverdiyev Vidadi Müsül oğlunu, 01 iyul 1938-ci il təvəllüdlü Kazimov Xəlil Mahmud oğlunu, 1963-cü il təvəllüdlü Mehralıyev Əli Mürsəl oğlunu, 01 iyul 1942-ci il təvəllüdlü Hümbətov Bəhlul Müseyib oğlunu, 01 yul 1929-cu il təvəllüdlü Qasimov Ənvər Bahadur oğlunu, 01 iyul 1915-ci il təvəllüdlü Xudayarova Surayya Alış qızını, xidməti vəzifələrini yerinə yetirən Xocalı rayon polis şöbəsinin Meşali polis bölmesinin polis (milis) serjantlan, 1969-cu i tevollüdlü Quliyev İsmayıl Qənimət oğlunu, 1971-ci təvəllüdlü Novruzov Zakir Novruz oğlunu qətlə yetirib.
- Saleh Səmədovun məhkəməsi başladı
- Qurban kəsmək üçün yerlərin - Siyahısı
- “General Hospital”da araşdırma başladı
- Xankəndi, Ağdərə və Xocalıda 644 obyekt icarəyə verildi
- Onlar da TƏBİB-də yeni vəzifəyə gətirildilər
- Türkiyə və Azərbaycan generalları görüşdü - Foto
- Pediatriya və Endokrinoloji mərkəzlərə yeni direktorlər təyin olundu
- Türkiyədən idxal edilən bioloji qida məhsulları məhv edildi - Foto