"Ayrıldığımızı onun paylaşımında gördüm"

11:41 - 16 Oktyabr 2023 - MAQAZİN

Xəbər verdiyimiz kimimüğənni Leyla Rəhimova və həyat yoldaşı Zaur Cəlil ayrılıb. Ailə qurduqdan sonra həyat yoldaşı ilə Amerikaya köçən Leyla uzun müddətdir ki, Bakıya qayıdıb.

BUTA.TV-nin məlumatına görə, "Günaydın, Azərbaycan" proqramına qonaq olan ifaçı ayrılıq səbəblərindən danışıb. Aktrisa Xuraman Əlizadə xəyanətdən danışıb, həyat yoldaşını bağışlamasını deyərkən Leyla "Bu addımı bir dəfə atmışam" cavabını verib.

"Rəsmi boşanma yoxdur. Xəbərin onun tərəfindən yayılması mənə pis təsir etdi. Çoxları nə olduğunu bilmir, artıq-əskik danışırlar. Bizim üç övladımız var, onların xətrinə bu olmamalı idi. Onun paylaşımından sonra barışıq olmasına inanmıram. Hər zaman ailəmi sənətdən öncə tutdum, amma yanlış etmişəm. Azərbaycana gələndə ayrılmamışdım. Valideynlərimi görməyə gəlmişdim. Sonra onun paylaşımını gördüm".

Proqram zamanı Zaura zəng edilib. O, ayrılmaq istəmədiyini söyləyib. Leyla isə onun danışmaqdan imtina edib.

Bu xəbər hal-hazırda çox oxunur
Kürdəmirdə ağır qəza: polis əməkdaşı öldü

Qeyd edək ki, Zaur "Evliliyimizin yeddinci ilində ayrılmaq qərarına gəldik. Bu da son" deyə, o, paylaşımında yazıb. 

Leyla tamaşaçılara "O səs Türkiyə" yarışmasından tanışdır. Leyla və Zaur 2016-cı ildə ailə qurub. Müğənninin həyat yoldaşı həm musiqi, həm də idmanla məşğul olur və uzun illərdir xaricdə yaşayır. Leyla da ailə qurduqdan sonra Amerikaya köçüb və sənətdən uzaqlaşıb. Cütlüyün 3 övladı var. 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol