HƏMAS-ın 7 oktyabrda Qəzza zolağından İsrailə hücumu ilə başlayan müharibədə “kimi dəstəkləməliyik” sualı Ermənistan cəmiyyətində də müzakirə edilir.
BUTA.TV xəbər verir ki, keçirilən bir çox tele-sorğuda ermənilərin böyük əksəriyyəti Fələstini dəstəkləməyə üstünlük verir və bunu İsrailin Azərbaycanla müttəfiqlik səviyyəsində olan münasibətləri ilə izah edirlər.
Ermənilər hesab edirlər ki, İsrail müharibədə Azərbaycana dəstək verdiyi və birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığı üçün bu müharibədə istisnasız olaraq Fələstinə simpatiya göstərməlidirlər.
Erməni mediası da daha çox fələstinlilərin mövqeyini əks etdirən materiallar dərc edir və İsrailə qarşı rəy yaratmağa çalışır.
Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
Burda eyni zamanda Fələstinin ermənilərlə isti münasibəti, xüsusilə Fələstin Azadlıq Təşkilatının erməni terrorçulara qucaq açması, eyni zamanda erməni işğalını müdafiə etməsi də rol oynayır. Ancaq məhz FAT-dan söhbət gedir, HƏMAS burda istisnadır.
Məhz bu məqam da ermənilərdə tərəddüd yaradıb.
Mövzuya münasibət bildirən və sosial şəbəkədəki müzakirələrə qoşulan erməni tarixçi alim Sergey Melkonyan mövqeyini bu cür ifadə edib:
“Biz bu müharibədə heç kimi dəstəkləməli deyilik. İsrail Azərbaycana əsas silah tədarükçüsüdür, onların xüsusi əməliyyat qüvvələrini hazırlayıb, sentyabrda Qarabağa əməliyyatın hazırlanmasında iştirak edib və s. Yəni İsrail-Azərbaycan münasibətləri stratejidir.
HƏMAS isə (FAT-dan fərqli olaraq – red.) 10 noyabr 2020-ci ildə aşağıdakıları açıqladı. “Biz Azərbaycanı qələbə və torpaqlarının geri qaytarılması münasibətilə təbrik edirik. Bu, işğalın bütün formalarına qarşı mübarizənin təbii nəticəsidir”.
Bütün bunları nəzərə alaraq, onlara rəğbət bəsləməyə dəyməz”.
Melkonyan xüsusi qeydlə HƏMAS-ı FAT-dan ayırmağın lazım olduğuna və bu savaşın da Fələstinlə deyil, HƏMAS-la getdiyinə diqqət çəkib:
“Düzdür, HƏMAS bütün Fələstin deyil, amma onlar Ermənistanla həmrəylik ifadə etməyib”.
Xatırladaq ki, HƏMAS-ın da əsas maliyyə və siyasi dəstəkçisi İrandır.
- Azər Əhmədov işdən çıxarılması ilə bağlı paylaşım etdi
- Sabah bu rayonlarda qaz olmayacaq
- MEDİA jurnalistlər üçün müsabiqə elan etdi
- Saleh Səmədovun məhkəməsi başladı
- Qurban kəsmək üçün yerlərin - Siyahısı
- “General Hospital”da araşdırma başladı
- Xankəndi, Ağdərə və Xocalıda 644 obyekt icarəyə verildi
- Onlar da TƏBİB-də yeni vəzifəyə gətirildilər