2024-cü ildə Azərbaycanda 66 şəhər və rayondan cəmi 7-si öz xərclərini ödəyə bilməyəcək, başqa sözlə, onlara dövlət büdcəsindən vəsait ayrılacaq.
Maliyyə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, həmin şəhər və rayonlar Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər, Laçın, Yardımlı və Zəngilandır. Onların yerli gəlirlərini və xərclərini tənzimləmək üçün gələn ilin büdcəsində 9,35 milyon manat vəsait nəzərdə tutulub.
Beləliklə, 59 şəhər və rayon büdcədən asılı olmayacaq, xərclərini gəlirləri hesabına maliyyələşdirə biləcək.
- WUF13 Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq
- Prezident fərman imzaladı
- “Nar” inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi
- Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verildi
- Məşhur generalın xanımı vəkilliyə başladı
- General Əlixanovun xanımı da vəkilliyə başladı
- “Kalyon” şirkətinin filial rəhbəri məhkəmə qərarı ilə cəzalandırıldı
- Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi