Səhər-axşam qəhvə içənlər bu içkini tərgidəcəyi vaxtı bilmir. Çünki kofein bədəndə çox olanda, artıq orqan və sistemlər sıradan çıxmağa başlayır.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, həkim İqor Strokov kofemanlara diqqət yetirməli olduqları 5 əlaməti təqdim edib:
“Sonuncu qəhvəni yatmazdan minimum 6 saat öncə içib bitirmək lazımdır. Əgər sizin yuxu ilə bağlı probleminiz varsa, qəhvə bu durumu daha da dərinləşdirə bilər.
Yuxusuz və yorğunluq zamanı, eləcə də xəstələnəndə qəhvə içmək baş ağrısı, ürək döyüntüsü, əsmə yarada bilər. Qadınlarda menstrual tsil müntəzəm deyilsə, qəhvəni azaltmaq lazımdır. O zaman ki, qəhvə az qala yeməyi əvəz edir, qanda kortizol həddən artıq yüksəlir. Nəticədə menstruasiya və hormonal pozuntu olur.
Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
Eləcə də çəkinin qəfil artımı kofein və kortizol çoxluğundan xəbər verir.
Qəhvə içəndən sonra ishal varsa, deməli, qəhvə bağırsaq stimulyasiyasını pozub. İshalla bədəndən vacib minerallar yuyulub gedir.
Göz üstünün atması, tiklər – kofeinin təsirindən hasil olan serotonin və noradrenalin əzələ və sinir reaksiyalarına təsir edir.
Nizamsız qəhvə içənlərin göz qapağı kontrolsuz səyriyə bilər.
Qəhvədən asılılıq depressiya, beyin yorğunluğuna səbəb ola bilər. Əgər artıq qəhvə sizə əvvəlki gümrahlığı da vermirsə, həkimə müraciət etmək və qəhvəni zamanla kəsmək lazımdır”.
- WUF13 Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq
- Prezident fərman imzaladı
- “Nar” inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi
- Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verildi
- Məşhur generalın xanımı vəkilliyə başladı
- General Əlixanovun xanımı da vəkilliyə başladı
- “Kalyon” şirkətinin filial rəhbəri məhkəmə qərarı ilə cəzalandırıldı
- Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi