Avropa Birliyi (AB) Belçikanın paytaxtı Brüsseldə keçiriləcək yüksək səviyyəli görüşün məhsuldar olacağına ümid edir.
BUTA.TV xəbər verir ki, bu barədə AB-nin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar sosial şəbəkə hesabında yazıb.
“Hərtərəfli normallaşma istiqamətində növbəti addımları müzakirə etdiyim Bakı və İrəvandan qayıtdım. Azərbaycanla Ermənistanın müsbət və razılaşdırılmış gündəliyə sadiq qalması vacibdir. Bu qarşılıqlı təmasın bu ayın sonunda Brüsseldə keçiriləcək yüksək səviyyəli görüşdə möhkəmlənəcəyini gözləyirik”, - Klaar qeyd edib.
- WUF13 Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq
- Prezident fərman imzaladı
- “Nar” inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi
- Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verildi
- Məşhur generalın xanımı vəkilliyə başladı
- General Əlixanovun xanımı da vəkilliyə başladı
- “Kalyon” şirkətinin filial rəhbəri məhkəmə qərarı ilə cəzalandırıldı
- Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi