Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı bəyanat yayıb.
BUTA.TV xəbər verir ki, bəyanatda əzizini qəfildən itirməyin qorxunc olduğu bildirilir. Qeyd olunur ki, son günlər Fələstindən dəhşətli görüntülər işıq surəti ilə yayılır.
“Ürək parçalayan görüntüləri tanış hisslərlə dəhşət içində izləyirik, lakin indi ilk dəfə idi ki, bu ölçüyəgəlməz kəskin ağrı hər iki tərəfdə paylaşılırdı. Biz kim tərəfindən olursa-olsun, mülki insanların hədəf alınmasına qarşıyıq və hər yerdə həyatlarını itirən günahsız insanların yasını tuturuq. Onillərdir günahsız fələstinlilərin həyatları riskə məruz qalıb və bu həyatlar da hər kəsinki kimi dəyərlidir”, - deyə bəyanatda vurğulanır.
Bəyanatda qeyd olunur ki, dünyada özlərini beynəlxalq hüququn müdafiəçiləri olduqlarını iddia edən bəzi güclər və onların qərəzli mediası Fələstin xalqını insanlıqdan çıxarmaq, qeyri-humanist biri olaraq təqdim etmək üçün İsrailin təkəbbürlü Şərq yanaşması ilə uydurulmuş əsassız ittihamlarını asanlıqla qəbul və təbliğ edirlər.
Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
Vurğulanır ki, biz BMT-nin yüzlərlə qətnaməsinə və beynəlxalq humanitar hüquqa zidd olan amansız cinayətlərə qarşı həmin bu dünya güclərindən eyni hiddəti və canfəşanlığı görmədik. İroniya ondadır ki, həmin bu eyni güclər yalnız sözdə iki dövlət haqqındakı qətnaməni dəstəkləyir, amma BMT və planetin üçdə ikisinin əksinə, işğal edilmiş Fələstin Dövlətini tanımaqdan imtina edirlər. Bu, can üstə olan sülh prosesinə stimul verən simvolik və substantiv jestdir.
Sülh yolu ilə həllə sadiqliyi ilə tanınan Fələstin rəhbərliyi artıq illərdir hər-hansı siyasi üfüqün yoxluğunda status-kvonun dayanıqsız olması barədə xəbərdarlıq edir. Bildirilir ki, Fələstin xalqı paytaxtı Şərqi Qüds olan müstəqil dövlətlərində qürurla və bütün xalqlarla sülh içində yaşamağa layiqdir və buna bütün hüquqları var. Sülhün əsl ünvanı geosiyasi dolanbaclar yox, Fələstindir.
- İbrahim İbrahimova yeni vəzifə verildi - Foto
- Lökbatandakı yanğın: "Birmarket"in işi bərpa edilib?
- Prezident fərman imzaladı
- Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verildi
- General Əlixanovun xanımı da vəkilliyə başladı
- “Kalyon” şirkətinin filial rəhbəri məhkəmə qərarı ilə cəzalandırıldı
- Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi
- Azər Əhmədov işdən çıxarılması ilə bağlı paylaşım etdi