Bu ilin yanvar-sentyabr ayları ərzində hüquq mühafizə orqanları narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8 320 cinayət faktı aşkarlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
Qeyd olunub ki, onlardan 2 855-i narkotik vasitələrin qanunsuz satışı, 5151-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 284-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiyaedilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 207 kq 543,024 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 840 kq 546,704 qr-nı heroin, 3 ton 566 kq 504,126 qr-nı marixuana, 248 kq 031,811 qr-nı tiryək, 51 kq 583,994 qr-nı həşiş, 750,831 qr-nı kokain, 363 kq 138,333 qr-nı psixotrop maddələr,136 kq 987,225 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 48321 ədəd həb metadon,15102 ədəd çətənə bitkisi, eləcə də 3 kq 197,368 qr, 7703 ədəd kapsul,3308 ədəd həb və 12,95 qr güclü təsir edən maddə və 40,682 qr prekursor qanunsuz dövriyyədən götürülüb.
Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 416,494 hektar sahədən çəkisi 299 ton 377kq 290,98 qr olan 932 781 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Bu ilin yanvar-sentyabr ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 6 ton 207 kq 543,024 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 252 milyon 353 min manat kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6483 nəfər cəlb edilmiş və həmin şəxslərdən 6329-u kişi, 154-ü qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 64 nəfəri xarici ölkə vətəndaşlarıdır.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 216 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 727 kq 407,771 qr və 6150 ədəd həb metadon müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, 89655 ədəd həb, 7 631 kapsul və 1 kq 517qr güclü təsir edən maddə, 40,682 qr prekursor çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 241-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi1 ton 903 kq 063,36 qr və 680 ədəd metadon narkotik vasitə və psixotrop maddə 170,3 güclü təsir edən maddə müsadirə edilmişdir.
2453 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 265 kq 943,86 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Təhlil göstərir ki, 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 374, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 86, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 135, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 103, digər növ cinayət faktların sayı 50 , qrup halında olan cinayətlərin sayı isə 51 fakt azalmışdır. Qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 6 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 234 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 1 ton 380 kq 010,249 qr artıb.
Səhiyyə Nazirliyinin məlumatına əsasən hesabat dövründə Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 66 711 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1884 nəfərdən 1054-nün istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 9 ay ərzində İİV-ə 717 nəfər yoluxub. Onlardan 691 nəfəri Azərbaycan vətəndaşları, 26 nəfəri isə əcnəbilər olmuşdur. Azərbaycan vətəndaşları arasında 59 nəfəri (8 %-i) İnyekson Narkotik İstifadəçiləri olub.
- Azərbaycanda vəzifəli şəxslər həbs edildi
- “Kontakt”ın “İnşaatçılar” mağazası tam yeni formatda
- Məşhur bazarın ətrafındakı küçə ticarəti yığışdırılır - Video
- FHN, DİN və AAYDA birgə məlumat yaydı
- Daha 7 şəhidimiz dəfn olunacaq - Foto
- Məişət zorakılığı barədə şikayətlərə yeni qaydada baxılacaq
- Qatar yoluna çıxan 2 nəfər faciəli şəkildə öldü
- İlham Əliyev Bakıda yeni salınan parkda...