Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, ev 139 ünvanında yerləşən "Kamran" marketdə saxta alkaqollu içkilərin satıldığı məlum olub.
Bu barədə BUTA.TV-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Agentlik əməkdaşları fiziki şəxs Amin Maaruf Okba oğluna məxsus ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirib. Baxış zamanı ticarət obyektində aşkar saxtalaşdırılma əlamətləri olan 6 ədəd 1 litrlik və 11 ədəd 0.7 litrlik “Nemiroff Vodka”, 2 ədəd 1 litrlik, 1 ədəd 0.7 litrlik və 4 ədəd 0.5 litrlik “Olmeca Tequila Blanco”, 1 ədəd 0.7 litrlik “Olmeca Gold Tequila”, 1 ədəd 1 litrlik “Sierra Tequila”, 2 ədəd 1 litrlik və 2 ədəd 0.7 litrlik “Jagermeister” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Belə ki, alkoqollu içkilərin başlıq hissələrinin kustar üsulla bərkidildiyi və orijinaldan kəskin fərqləndiyi müəyyən edilib. Həmçinin içkilərə dair müşayiətedici sənədlər yoxlamaya təqdim edilməyib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək alkoqollu içkilərin satışı dayandırılıb və möhürlənərək dövriyyədən çıxarılıb, müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
Müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnsitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Araşdırmalar davam etdirilir
- TƏBİB məlumat yaydı: Bu xidmət dayandırıldı
- ABB istiqrazlarına tələb bu dəfə təklifi 3 dəfə üstələdi!
- Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - Video
- Azərbaycanda bu kəndlərə dolu düşdü, şimşək çaxdı
- Rayonlara yağış, kəndlərə dolu yağıb - Faktiki hava
- Taksilərdə "Bakı Kart"la ödəniş etmək mümkün olacaq?
- İbrahim İbrahimova yeni vəzifə verildi - Foto
- Lökbatandakı yanğın: "Birmarket"in işi bərpa edilib?