Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışından sonra erməni lobbisinin əsas dayağı hesab edilən Amerikanın Erməni Milli Komitəsi (ANCA) gələn il ABŞ-da keçiriləcək prezident seçkiləri üçün namizədliyini irəli sürən Vivek Ramasvamyın məlum bədnam çıxışı ilə bağlı posta girişi məhdudlaşdırıb.
BUTA.TV xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib. O bildirib ki, ANCA bu video ilə Azərbaycana qarşı saxta kampaniya qurmuşdu və bu qərəzli video kifayət qədər ciddi müzakirələrə səbəb olmuşdu: “Cənab Prezidentin məsələyə münasibətindən sonra ermənilər Ramasvamyın saxta çıxışını artıq gizlətməyə çalışırlar”.
Qeyd edək ki, 44 günlük müharibə zamanı Ermənistanın Azərbaycanın Gəncə və Bərdə şəhərlərini raket atəşinə tutması görüntülərini ermənilər saxtakarlıqla Azərbaycanın "təcavüzkarlığı" kimi təqdim etmişdilər.
- TƏBİB məlumat yaydı: Bu xidmət dayandırıldı
- ABB istiqrazlarına tələb bu dəfə təklifi 3 dəfə üstələdi!
- Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - Video
- Azərbaycanda bu kəndlərə dolu düşdü, şimşək çaxdı
- Rayonlara yağış, kəndlərə dolu yağıb - Faktiki hava
- Taksilərdə "Bakı Kart"la ödəniş etmək mümkün olacaq?
- İbrahim İbrahimova yeni vəzifə verildi - Foto
- Lökbatandakı yanğın: "Birmarket"in işi bərpa edilib?