Şərur rayonunun Yengicə kəndində 105 kiloqram at əti aşkar olunub.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyin mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən vətəndaşların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsində ciddi təhlükə yaradan halların qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur rayon Yengicə kəndində qidaya yararsız at ətinin mal əti adı altında satışını təşkil edən Nizami Babayev saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs kəndlərdən və ətraf ərazilərdən atları ucuz qiymətə alaraq həyətyanı sahəsində emal edəndən sonra mal əti adı altında satışı ilə məşğul olub.
Nizami Babayevin Şərur rayonunun Yengicə kəndində yerləşən həyətyanı sahəsinə baxış keçirilərkən qidaya yararsız 105 kq at əti aşkar olunaraq maddi sübut kimi götürülüb.
Təyin olunmuş müvafiq ekspertiza nəticəsində həmin ətin qidaya yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq edilib.
- Azərbaycanda vəzifəli şəxslər həbs edildi
- “Kontakt”ın “İnşaatçılar” mağazası tam yeni formatda
- Məşhur bazarın ətrafındakı küçə ticarəti yığışdırılır - Video
- FHN, DİN və AAYDA birgə məlumat yaydı
- Daha 7 şəhidimiz dəfn olunacaq - Foto
- Məişət zorakılığı barədə şikayətlərə yeni qaydada baxılacaq
- Qatar yoluna çıxan 2 nəfər faciəli şəkildə öldü
- İlham Əliyev Bakıda yeni salınan parkda...