Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Qusarda arvadını bıçaqlayaraq öldürməkdə təqsirli bilinən Farik Mollayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BUTA.TV xəbər verir ki, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F.Mollayev 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qərara görə, F.Mollayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Qeyd edək ki, hadisə Qusarın Piral kəndində baş verib.
Kənd sakini, 44 yaşlı Farik Pakiddin oğlu Mollayev həyat yoldaşı 34 yaşlı Oksana Minbər qızı Mollayevanı bıçaqlayaraq qətlə yetirib. Məlumata görə, 17 bıçaq zərbəsi alan qadın elə hadisə yerində keçinib.
Cinayəti törətməkdə şübhəli bilinən Farik Mollayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
- Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir
- Beş bacı-qardaşın hamısı professordur, ataları akademik - Dosye
- Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- “Sabah” finalda uduzur - Canlı+Yenilənir
- 28 marşrutun hərəkət sxemi dəyişdirilir - Bu tarixdən
- TƏBİB məlumat yaydı: Bu xidmət dayandırıldı
- Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - Video
- Azərbaycanda bu kəndlərə dolu düşdü, şimşək çaxdı