Ermənistan Baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının oktyabrın 13-də Bişkekdə keçiriləcək iclasında iştirak etməyəcək.
BUTA.TV xəbər verir ki, Paşinyan bu barədə Qırğızıstan Prezidenti Sadır Japarovla telefon danışığında bildirib. Məlumata görə, söhbət zamanı Ermənistanın baş naziri bəyan edib ki, bir sıra şərtlərə görə iclasda iştirak edə bilməyəcək.
Qeyd edək ki, dünən Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcəyi ilə bağlı məlumat yayılmışdı.
- Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir
- Beş bacı-qardaşın hamısı professordur, ataları akademik - Dosye
- Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- “Sabah” finalda uduzur - Canlı+Yenilənir
- 28 marşrutun hərəkət sxemi dəyişdirilir - Bu tarixdən
- TƏBİB məlumat yaydı: Bu xidmət dayandırıldı
- Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - Video
- Azərbaycanda bu kəndlərə dolu düşdü, şimşək çaxdı