“TikTok”da evlənib, orada boşanacaqsınızsa, evlənməyin“ - Nadir

16:57 - 10 Oktyabr 2023 - MAQAZİN

 “TikTok”da evlənib, orada boşanacaqsınızsa, evlənməyin“ - Nadir

“3 ay əvvəl bir cütlüyün məclisində iştirak etməklə bağlı dəvət gəldi. Sonra da toy sahibləri zəng vurub xəbər verdilər ki, toy olmayacaq, ailəmizdə rəhmətə gedən var. Bunlarda da belə səbəb gətirmək adət halını alıb. Demə, rəhmətə gedən yox imiş. Mənə sonradan xəbəb gəldi ki, bəy və gəlin “TikTok”da dalaşıb və nişanı geri qaytarıblar. Yəni cütlük orada tanış olub, orada da dalaşıb ayrılıblar”. 

BUTA.TV Bizim.Media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu “İncə səhər” əyləncəli-musiqili verilişdə deyib.  Sənətçi son günlər cəmiyyətin aktual məsələsi olan boşanmalardan söz açıb:  

“Sosial şəbəkədə cütlüklər ailələrini dağıdırlar. Belə kiçik məsələlərə görə ailəni necə dağıtmaq olar? Mənə bu cür şeylər çatmır. Mən həyat yoldaşım Sevinc xanımla “TikTok”da tanış olmamışam. Hələ ki hər şey qaydasındadır. Olur da, hamının problemi olur. Bir də görürsən ki, dözülməz olur, kaprizlər olur. Bu ailədir! “TikTok”, “Instagram” deyil!

Əgər övladlar varsa, ikinci arxasıyca üçüncü məsuliyyət gəlir. Çünki hər övlad bir məsuliyyətdir. Sən artıq özünə yox, övladlarına məxsussan. Artıq bütün həyatını övladlarına həsr etməlisən. Çünki övladlar sənə dəvətnamə verməyib ki, məni dünyaya gətir. Ortada əziyyəti övladlar çəkir. “TikTok”da evlənib, “TikTok”da boşanacaqsınızsa, ümumiyyətlə evlənməyin. Deməli, siz ailə qurmağa hazır deyilsiniz”. 

Bu xəbər hal-hazırda çox oxunur
İki rəfiqə meşə göbələyi yedi, biri öldü

Müğənni ailələrin dağılmasında serialların da günahının olduğunu vurğulayıb: 

“Seriallara baxıb boşananlar var. Arvad ərinə deyir ki, seriallardakı kimi sən mənə səhər-səhər “aşkım” demədin. Sən niyə demədin? Mən atamın evinə getdim”. 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol