Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Ləmbəli kəndində 14 yaşlı “həyat yoldaşı” Aytac Şahmarovanı qətlə yetirməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Alim Sadiqov 3 günlük axtarışlardan sonra saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, polis cinayətdə istifadə edilmiş silahlı dəlil kimi müsadirə edib. Aytac Şahmarovanın anası bildirib ki, qızı 2 ay əvvəl Alim Sadiqov tərəfindən “evlənmək” məqsədilə qaçırılıb.
Yerli KİV-in məlumatına görə, azyaşlı bu müddət ərzində bir neçə dəfə qaçmağa da çalışıb, hətta bir dəfə qaçmağa müvəffəq olub. Lakin ailələrin bir araya gəlməsindən sonra Aytac Şahmarova “ər evi”nə qaytarılıb. Qeyd edək ki, cinayəti törətməsi sübuta yetirilərsə şübhəlini 20 ilədək həbs cəzası gözləyir. Xatırladaq ki, hadisənin oktyabrın 5-də gecə saatlarında, “cütlüyün” qohumlardan birinin toyuna hazırlaşdığı ərəfədə baş verdiyi bildirilir.
Yerli sakinlərin sözlərinə görə, A. Sadiqov qeyri-rəsmi nikahda olduğu Aytac Şahmarovaya odlu silahdan 3 dəfə atəş açaraq xəsarət yetirib, yeniyetmə aldığı güllə yarasından hadisə yerindəcə keçinib.
Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
- Erməni məhsulları gizlicə Bakı bazarında satılır? – VİDEO
- Bakıda ilk: Üztanıma ilə ödəniş etmək olacaq
- Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
- Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir
- Beş bacı-qardaşın hamısı professordur, ataları akademik - Dosye
- Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- “Sabah” Azərbaycan Kubokunu da qazandı - Yenilənib
- TƏBİB məlumat yaydı: Bu xidmət dayandırıldı