Bərdədə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Feruz Əzizovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
BUTA.TV-nin əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsimə göndərilib. Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 23-nə təyin edilib.
Qeyd: 19.04.2023-cü ildə saat 19 radələrində rayon sakini, 2000-ci il təvəllüdlü Əzizov Feruz Raqub oğlunun idarə etdiyi "VAZ-21099" markalı avtomobil ilə 1993-cü il təvəllüdlü Bərdə rayon sakini Sultanlı Əziz İlqar oğlunun idarə etdiyi "VAZ-21011" markalı avtomobil rayonun Həsənqaya kəndi ərazisində toqquşub. Nəticədə "VAZ-21011" markalı avtomobildə olan sərnişin, 1956-cı il təvəllüdlü Xankişiyev Murad Fazil oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb, "VAZ-21099" markalı avtomobilin sürücüsü Əzizov Feruz Raqub oğlu, avtomobildə olan sərnişin, 2003-cü il təvəllüdlü Ağayev Mirəli Mehman oğlu, "VAZ-21011" markalı avtomobilin sürücüsü Sultanlı Əziz İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra Ağayev Mirəli Mehman oğlu aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb. Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb.
- Türkiyənin diviziya generalı Azərbaycan Konsulluğunda
- Prezidentdən İrana: O molla cəzalanmalı, qovulmalıdır - Video
- İran yenə də bizi aldatdı - VİDEO
- Prezident protokolu qəsdən pozdu, rusca danışdı – Səbəb
- İlham Əliyev Szinpinə başsağlığı verdi
- Petrosyanın sözləri Ermənistanın terrorçu mahiyyətini əks etdirir
- Gəncədə dörd avtomobil toqquşdu: xəsarət alan var
- Ermənilər Naxçıvan istiqamətində bunker tikir - Foto