İsrailin Qəzza sektorunda xidmət etmiş ehtiyatda olan qadın çavuşun yaydığı video ciddi müzakirələrə səbəb olub.
BUTA.TV xəbər verir ki, o, İsrailin “dəmir hasarı”nı (Qəzza ilə sərhədi) yarmağın mümkünsüz olduğunu deyib.
“Sarsılmaz qaya” adlandırılan hasarlar ətrafında gedən əməliyyatlarda çavuş rütbəsində xidmət etmişəm. Mükün deyil, eşidirsiniz, mümkün deyil ki, kimsə o hasarları rahatlıqla aşsın. Müşahidəçilər bunkerdə oturur və izləyirlər. Onlar dörd saat ərzində bir dəfə də olsun gözlərini qırpmırlar, ekran qarşısındadırlar. Gecə məni göyərçinə, hasara yaxınlaşan leyləyə görə, hətta hasarın altından keçən tarakana görə oyadırdılar. Bütün sektor ayağa qaldırılırdı. İndi isə necə olub ki, onlar bu hasarı traktorla keçirlər? 400 nəfər olub və heç kim görməyib, diqqət etməyib? Belə bir şey mümkün deyil, anlayın! Orada iki il xidmət etmişəm - bu, mümkün deyil. Ola bilsin ki, kimsə daxildə onlarla əlbir olub”, - o bildirib.
Qeyd edək ki, 7 oktyabrda HƏMAS Qəzza zolağından İsrailə kütləvi hücuma keçib.
Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
- Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi
- Erməni məhsulları gizlicə Bakı bazarında satılır? – VİDEO
- Bakıda ilk: Üztanıma ilə ödəniş etmək olacaq
- Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
- Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir
- Beş bacı-qardaşın hamısı professordur, ataları akademik - Dosye
- Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- “Sabah” Azərbaycan Kubokunu da qazandı - Yenilənib