Bir neçə gün əvvəl həbs edilmiş seperatçı rejimin "dövlət naziri" Ruben Vardanyanla bağlı həbs qərarından şikayət verilib.
BUTA.TV xəbər verir ki, R.Vardanyanın vəkili Afət Qazıyeva müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmə birinci instansiya məhkəməsinin qərarını əsaslı sayaraq, şikayəti rədd edib.
Qeyd edək ki, R.Vardanyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittihasm irəli sürülüb, barəsində həbs qərimkan tədbiri serçilib.
- Bakıda qəza sıxlığa səbəb oldu
- Oktyabrın son günü hava necə olacaq?
- Övladını boğub öldürən Türkiyə vətəndaşına hökm oxundu
- Azərbaycanda Atatürk adına qoyulan qadağa götürüldü
- ANAMA-ya 3 yeni minaaxtaran it təqdim olundu
- Badamdarda qaya parçaları ərazidən götürüldü - Video
- Azərbaycanda vəzifəli şəxslər həbs edildi
- Məşhur bazarın ətrafındakı küçə ticarəti yığışdırılır - Video