Qarabağda separatçıların qandallanaraq Bakıya gətirilməsindən sonra Ermənistanda əsas müzakirə mövzularından birinin Azərbaycanın “qara siyahı”sında olan cinayətkarların taleyinin necə olacağıdır.
BUTA.TV xəbər verir ki, rəsmi Bakının “qara siyahı”sında Ermənistanın keçmiş prezidentləri, I Qarabağ müharibəsində Xocalı soyqırımı və digər qətliamlarda iştirak etmiş Robert Köçəryan və Serj Sərkisyan da daxil olmaqla 200 nəfərin adının olduğu haqda məlumatlar var. Bu cinayətkarların bir qismi artıq qandallanıb. Bəs digərlərinin cəzalandırılması baş tutacaqmı?
Aydındır ki, Ermənistan bu şəxsləri Azərbaycana verməkdən imtina edəcək. Lakin erməniləri qorxudan Bakının cinayətkarları həbs etmək üçün başqa yollardan istifadə edəcəyidir.
Erməni hüqşünas Siranuş Saakyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan “qara siyahı”da olan şəxsləri üçüncü ölkələrdə həbs edə bilər. O, işğal dövründə Qarabağa qanunsuz səfər etmiş Aleksandr Lapşinin Belarusda qandallanaraq Bakıya gətirilməsini buna nümunə kimi göstərib.
Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
Azərbaycan cəmiyyəti üçün əsas məsələlərdən biri Robert Köçəryan və Serj Sərkisyanın cəzalandırılmasıdır. Bu şəxslər azərbaycanlılara qarşı qətliamların birbaşa təşkilatçılarındandır. Sarkisyan Xocalıda soyqırımı törətdiklərini özü də etiraf edib. Şübhəsiz ki, bu şəxslərin cəzalandırılması Azərbaycan dövlətinin hədəflərindən biridir və bir gün Koçaryan və Sarkisyanın üçüncü ölkələrin birində qandallanaraq, Bakıya gəririlməsi istisna edilməməlidir.
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi
- Erməni məhsulları gizlicə Bakı bazarında satılır? – VİDEO
- Bakıda ilk: Üztanıma ilə ödəniş etmək olacaq
- Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
- Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir
- Beş bacı-qardaşın hamısı professordur, ataları akademik - Dosye
- Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır