Bir neçə gün öncə “TikTok”da “Baboş” ləqəbi ilə tanınan Babək Cabbarovu polis əməkdaşları saxlayıb.
BUTA.TV xəbər verir ki, onun saxlanılmasına canlı yayım zamanı Qarabağ qazisini sərt tənqid və təhqir etməsi səbəb olub. Hadisə Xırdalan şəhərində baş verib. Marketlərdən birinin önündə canlı yayım açan tiktokerə ətrafdakı şəxslərdən bəzisi etiraz edib. Onlardan biri də qazı olub. Canlı yayımda onları təhqir edən “Baboş” daha sonra qaziləri Nərimanov ərazisində yerləşən "Çingiz xan" restoranına dəvət edib.
Elə restoran ətrafında onlar arasında mübahisə yaranıb. Hadisə yerinə dərhal polis əməkdaşları gəlib. Səs-küy salaraq ictimai asayişi pozan fenomen saxlanılaraq aidiyyəti üzrə polis bölməsinə aparılıb.
- Prezidentdən İrana: O molla cəzalanmalı, qovulmalıdır - Video
- İran yenə də bizi aldatdı - VİDEO
- Prezident protokolu qəsdən pozdu, rusca danışdı – Səbəb
- İlham Əliyev Szinpinə başsağlığı verdi
- Petrosyanın sözləri Ermənistanın terrorçu mahiyyətini əks etdirir
- Gəncədə dörd avtomobil toqquşdu: xəsarət alan var
- Ermənilər Naxçıvan istiqamətində bunker tikir - Foto
- Prezident fərman imzaladı