HƏMAS-ın hücumunu proqnozlaşdıra bilməyən İsrail kəşfiyyatının əsas səhvlərindən biri də süni intellektə açıq olması idi.
“Report” xəbər verir ki, bu fikri ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter “Consortium News” nəşri üçün yazdığı məqalədə bildirib. “İsrailin ölümcül səhvi “Divarların mühafizəsi” əməliyyatında (2021-ci ildə Qəzza zolağında keçirilən əməliyyat – red.) süni intellektin rolu ilə açıq öyünmək idi”, - Ritter yazıb.
Onun fikrincə, HƏMAS çox güman ki, İsrail tərəfindən toplanan məlumat axınına nəzarəti ələ keçirə bilib. Ekspert qeyd edib ki, İsrailin elektron kəşfiyyat bölməsi Qəzza zolağında müxtəlif növ kəşfiyyat məlumatlarının toplanmasına milyardlarla dollar xərcləyib. Ritterin sözlərinə görə, Qəzzanın “hər kvadratmetri hər on dəqiqədən bir” çıxarılır.
Bu kəşfiyyat həcmi İsrailin HƏMAS-a qarşı uğurla istifadə etdiyi süni intellekt tərəfindən işlənib, o, mükəmməl dezinformasiya planına riayət etməklə eyni səviyyədə rabitəni saxlayır.
Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
Onun sözlərinə görə, bu texnika sayəsində İsrailin süni intellekt alqoritmləri “qəribə heç nə baş vermədiyinə” əmin idi.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi
- Erməni məhsulları gizlicə Bakı bazarında satılır? – VİDEO
- Bakıda ilk: Üztanıma ilə ödəniş etmək olacaq
- Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
- Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir
- Beş bacı-qardaşın hamısı professordur, ataları akademik - Dosye
- Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır