Müğənni Samirə Əfəndi ailə üzvləri və meneceri Aydan Topçubaşova ilə birlikdə İsrailin Tel-Aviv şəhərində çətin vəziyyətdə qalıb.
"BUTA.TV"nin məlumatına görə, ötən gün konsert verən sənətçi Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edəndən sonra anası, xalası və meneceri ilə birlikdə qonaq olduğu məkandan çıxa bilməyib.
Bu haqda Samirənin sosial şəbəkə hesabında da paylaşım edilib, videolar paylaşılıb: “Səhər 6:30-dan həyəcan siqnalı verilib, sığınacaqdayıq, gizlənmək tapşırılıb. Göydə raketlər uçur. Sabah uçmalı idik, buradan çıxış yolu axtarırıq”.
- Azərbaycan beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır
- Abel Məhərrəmov Ali Məhkəmədə uduzdu
- "Medera Hospital"ın rəhbərinə 25 minlik cərimə
- Aygün Kazımovanın plastik cərrahının lisenziyası ləğv edildi
- Prezidentin xüsusi nümayəndələrinin sayı artdı
- Azərbaycanda bu iki nazir postu boşdur
- Qazaxlı Alikin oğlunun məhkəməsi təxirə salındı - Səbəb
- Muxtar Babayev vəzifəsindən azad edildi