Deyəsən, Kadi Borges hələ də “Qarabağ”ı unuda bilmir.
Hər halda braziliyalı legionerin parladığı komandanın oyunlarını davamlı izləməsi belə düşünməyə əsas verir. 27 yaşlı vinger son olaraq “Hekken”lə matç üçün bilgisayarın arxasına keçib. Və ağdamlıların Avropa Liqasının qrup mərhələsində İsveç təmsilçisini məğlub etdiyi matçı (1:0) "CBC Sport" kanalının efirindən canlı izləyib.
O, bu barədə fotonu öz sosial şəbəkə hesabından “Uğurlar, qardaşlar” başlığı ilə paylaşıb. Kadi 2021-ci ilin yayından 2023-cü ilin yanvar ayına kimi “Atlılar”ın şərəfin qoruyub.
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- “Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
- Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi
- Erməni məhsulları gizlicə Bakı bazarında satılır? – VİDEO
- Bakıda ilk: Üztanıma ilə ödəniş etmək olacaq
- Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
- Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir