İran ərazisindən keçməklə Şərqi Zəngəzurla Naxçıvan arasında yeni dəmir yolu xətti çəkiləcək.
Nazirlər Kabinetinin mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, bununla bağlı oktyabrın 6-da Bakıda Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş arasında görüş zamanı sənədlər imzalanıb.
Tərəflər bu gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında təməlqoyma mərasiminin keçirilməsi, müvafiq inşaat işlərinə başlanılması və inşa ediləcək yeni dəmiryolu xətti və körpülərinin planlarının müzakirəsi ilə bağlı məmnunluqlarını ifadə ediblər.
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- “Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
- Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi
- Erməni məhsulları gizlicə Bakı bazarında satılır? – VİDEO
- Bakıda ilk: Üztanıma ilə ödəniş etmək olacaq
- Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
- Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir