Argentina millisinin və “Inter Miami” klubunun futbolçusu Lionel Messi tezliklə Avropaya qayıda bilər.
BUTA.TV ESPN-ə istinadla xəbər verir ki, bu qayıdış Mayami klubunun MLS-in (ABŞ-nin Əsas Futbol Liqası – red.) pley-off mərhələsinə vəsiqə qazana bilməyəcəyi təqdirdə baş verə bilər.
MLS-in müntəzəm mövsümü oktyabrın 22-də başa çatır. Leo Messi ilə Amerika klubu arasındakı müqavilə sözügedən ehtimalı nəzərdə tutur ki, Messi bir neçə ay icarə əsasında başqa klubda oynaya biləcək və çempionatın yenidən start götürməsindən sonra ABŞ-yə qayıdacaq.
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- “Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
- Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi
- Erməni məhsulları gizlicə Bakı bazarında satılır? – VİDEO
- Bakıda ilk: Üztanıma ilə ödəniş etmək olacaq
- Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
- Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir