İrandan 40 kq-lıq narkotikin keçirilməsinin qarşısı alındı

11:00 - 6 Oktyabr 2023 - KRİMİNAL

 İrandan 40 kq-lıq narkotikin keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana 40 kq-a yaxın narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə BUTA.TV-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 6-da saat 00:23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu Səmədabad kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 39 kiloqram 658 qram narkotik vasitə və 700 ədəd metadon M-40 psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu xəbər hal-hazırda çox oxunur
Qarabağa getmək istəyənlərin nəzərinə!

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol